2 boksçumuz Avropa çempionatında 1/4 finala yüksəldi - FOTO

Hazırda oxunan: 2 boksçumuz Avropa çempionatında 1/4 finala yüksəldi - FOTO

631417

Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında Azərbaycan millisinin 2 boksçusu 1/4 finala yüksəlib.

Bizim.Media  Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, Əli Əliyev (50 kq) və Banuçiçək Nəsirli (48 kq) bu mərhələyə vəsiqə qazanıblar.
 

Ə.Əliyev ikinci döyüşündə slovakiyalı Adrian Zameçiki 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, avqustun 18-də keçiriləcək 1/4 final matçında irlandiyalı Kristian Jubani ilə qarşılaşacaq.


B.Nəsirli isə ilk görüşündə yunanıstanlı Angeliki Petroula Sduqaya üçüncü raundda tam üstünlüklə qalib gəlib. O, avqustun 17-də 1/4 final çərçivəsində polşalı Katarjina Qornisieviçlə mübarizə aparacaq.

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin