Almaniyanın bəzi bölgələrində meşə yanğınları SÖNDÜRÜLDÜ

Hazırda oxunan: Almaniyanın bəzi bölgələrində meşə yanğınları SÖNDÜRÜLDÜ

631502

Almaniyanın bir sıra federal əyalətlərində yüksək temperatur və quraqlıq səbəbindən kütləvi meşə və bitki örtüyü yanğınları tüğyan edir.

Bizim.Media yerli mediaya istinadla xəbər verir ki, Şimali Reyn-Vestfaliyanın Hirtqenvald ərazisində qeydə alınan tarixi yanğın sahəsində açıq alov söndürülüb, Qey rayonundan təxliyə olunmuş 1800 sakin evlərinə qayıdıb.

Belçika ilə həmsərhəd Monşau şəhəri yaxınlığında isə 3 min hektara çatan yanğının Almaniyaya keçmə riski azalsa da, sıx tüstü səbəbindən 5 min nəfərlik əhaliyə xəbərdarlıq edilib.
 

Bavariyanın Valdaşaff ərazisində yanğınla əlaqədar 80 sakin təxliyə edilib, yanğın nəzarətə götürüldükdən sonra onlar geri qayıdıblar. Reynland-Pfalts əyalətində Lanqşayd bölgəsində yanğının söndürülməsi işləri zamanı 22 xilasedici xəsarət alıb.


Analoji yanğın ocaqları Saarland, Saksoniya, Türingiya və Baden-Vürtemberq əyalətlərində də qeydə alınıb. Həyata keçirilən operativ tədbirlər nəticəsində əksər bölgələrdə alovun yayılmasının qarşısı alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin