Türkiyədə meşə yanğınlarına görə 40-dan çox şəxs saxlanıldı

Hazırda oxunan: Türkiyədə meşə yanğınlarına görə 40-dan çox şəxs saxlanıldı

631459

Bu il iyunun 1-dən avqustun 15-dək Türkiyədə meşə yanğınlarını törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb, onlardan 11-i məhkəmə orqanlarının qərarı ilə həbs edilib.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib.

Ədliyyə naziri xatırladıb ki, yayın əvvəlindən ölkənin 22 vilayətində 64 iri meşə yanğını qeydə alınıb.
 

“Qanunsuz hərəkətlər nəticəsində baş verdiyi ehtimal olunan meşə yanğınları ilə bağlı araşdırmaların nəticəsiz qalmasına imkan verməyəcəyik”, – deyə nazir bildirib.


Nazir meşə massivlərini “gələcək nəsillər üçün ən qiymətli sərvət” adlandıraraq, Türkiyənin “ağciyərləri”nin qorunması üçün sərt tədbirlər görməyə hazır olduqlarını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin