İtaliyalı professor İstanbulda mənzilində ölü tapıldı

Hazırda oxunan: İtaliyalı professor İstanbulda mənzilində ölü tapıldı

631474

İtaliyalı professor Rucero D'Ançelo İstanbulun Beyoğlu rayonunda yaşadığı mənzildə ölü tapılıb.

Bizim.Media xəbər verir ki, hadisə avqustun 5-də Hacıahmet məhəlləsində baş verib. Uzun müddət İstanbulda italyan lisey və universitetlərində dərs deyən professorla əlaqə saxlamaq mümkün olmayıb.

Bundan narahat olan rieltor ehtiyat açarla mənzilə daxil olub və professoru yataqda hərəkətsiz vəziyyətdə aşkar edib. Həkimlər onun öldüyünü müəyyənləşdiriblər.
 

İlkin müayinə zamanı professorun bədənində görünən xəsarət və kəsici-deşici alət izləri aşkarlanmayıb. Ölümün dəqiq səbəbi məhkəmə-tibbi ekspertizadan sonra müəyyənləşdiriləcək.


Prokurorluq hadisəni şübhəli hesab edir və araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin