Samuxda ağır qəza: Ata və oğlu xəsarət aldı

Hazırda oxunan: Samuxda ağır qəza: Ata və oğlu xəsarət aldı

631530

Samuxda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Əhmədbəli kəndində qeydə alınıb. 

Bildirilir ki, hərəkətdə avtomobilin sürücüsü qarşısına çıxan manedən qorunmaq üçün idarəetməni itirib və avtomobil qəza törədib. 

Nəticədə 1976-cı il təvəllüdlü Anar Quliyev və onun oğlu, 2002-ci il təvəllüdlü Murad Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib. 

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin