Premyer Liqa: "Zirə" "Şəfa"nı məğlub etdi - VİDEO

Hazırda oxunan: Premyer Liqa: "Zirə" "Şəfa"nı məğlub etdi - VİDEO

631531

Misli Premyer Liqasının ilk turunda "Zirə" "Şəfa"nı məğlub edib.

Bizim.Media xəbər verir ki, Zirə idman Kompleksinin stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Rəşad Sadıqovun baş məşqçisi olduğu komandadan 41-ci dəqiqədə Eren Aydın rəqib qapısına yol tapıb. 52-ci dəqiqədə isə İssa Cibrila fərqlənib.
 

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Turan Tovuz" "Qəbələ"ni (1:0), "Sabah" "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1) məğlub edib.


"Araz-Naxçıvan"-"İmişli" matçında hesab açılmayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin