İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarının əvvəlki fəaliyyətinə qayıtmasına imkan verməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə İran ordusunun komandanı, general-leytenant Əmir Hatəmi bildirib.
“Amerika bazalarının heç bir şəraitdə əvvəlki vəziyyətinə qayıda bilməyəcəyini hər kəs bilməlidir. İran buna heç vaxt icazə verməyəcək”, – deyə general vurğulayıb.
Hatəmi həmçinin ABŞ-ın Hörmüz boğazından sıxışdırıldığını bildirib. Onun sözlərinə görə, ABŞ qüvvələrinin Fars körfəzinə, Oman dənizinə və Hörmüz boğazına daxil olmasına artıq icazə verilmir.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İyunda Vaşinqton və Tehran hərbi əməliyyatların dayandırılması ilə bağlı anlaşma memorandumu imzalasa da, iyulun 8-də ABŞ İrandan razılaşmanı pozduğunu bildirərək zərbələri yenidən bərpa edib.
Sonrakı mərhələdə İran və Oman Hörmüz boğazından keçəcək yeni gəmiçilik marşrutunun koordinatlarını razılaşdırıb. Tehran isə boğazın fəaliyyətinin bərpasının ABŞ-ın addımlarından asılı olduğunu açıqlayıb.
Bizim.Media




































































































