Belarus və Çinin birgə “Çevik qartal-2026” taktiki təlimləri xarici medianın diqqətini cəlb edib.
Bizim.Media xəbər verir ki, Çin mediası təlimləri iki ölkə arasında hərbi əməkdaşlığın və strateji tərəfdaşlığın gücləndirilməsi kimi qiymətləndirib. İsveçrənin “Swissinfo” nəşri isə Pekinlə Minsk arasındakı hərbi əməkdaşlığın artmasına diqqət çəkib.
Polşanın “TVP” kanalı təlimlərin mümkün müharibəyə hazırlıq olub-olmadığını gündəmə gətirsə də, ekspertlər Belarusun Ukraynaya qarşı yeni cəbhəyə qoşulması ssenarisini az ehtimallı hesab ediblər. Ukrayna tərəfi də Belarus ərazisində sərhədə doğru zərbə qüvvələrinin artırılmasını qeydə almadığını açıqlayıb.
Bundan başqa, Belarusun Pakistan və Sudanla ticarət, investisiya və sənaye əməkdaşlığını genişləndirdiyi, “Slavyan karvanı” adlı dəmir yolu marşrutunun isə Avropa ilə Asiya arasında logistika körpüsü kimi təqdim edildiyi bildirilir.
Bizim.Media


































































































