Yaponiya Rusiyaya qarşı cavab tədbirlərinə HAZIRLAŞIR

Hazırda oxunan: Yaponiya Rusiyaya qarşı cavab tədbirlərinə HAZIRLAŞIR

631058

Yaponiya hökuməti Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarının cənub hissəsinə səfəri ilə əlaqədar mümkün cavab tədbirlərinin variantlarını öyrənir.

Bizim.Media xəbər verir ki, bu barədə Yaponiya İctimai Televiziyası (NHK) məlumat yayıb.

Qeyd olunub ki, variantlardan biri kimi Ukraynadakı müharibəyə görə Yaponiya tərəfindən tətbiq edilən anti-Rusiya sanksiyalarının gücləndirilməsi nəzərdən keçirilir.

NHK proqnozlaşdırıb ki, onsuz da soyumuş Yaponiya-Rusiya münasibətləri daha da pisləşəcək.
Daha əvvəl Yaponiya XİN Putinin İturup adasına səfəri ilə əlaqədar Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdryovu çağırıb.
 

Yaponiyada Kuril adalarının cənub hissəsini "şimal əraziləri" adlandırırlar. Yaponiya dörd adaya iddia edir: Kunaşir, İturup, Şikotan və Habomai qrupu.


Rusiya hesab edir ki, bu adalar üzərində suverenlik ona təsbit edilib və mübahisələndirilə bilməz. Ölkələr arasında sülh müqaviləsi üzrə danışıqlar Tokionun tətbiq etdiyi anti-Rusiya sanksiyalarına cavab olaraq 2022-ci ildə Moskva tərəfindən dayandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin