İraqın Baş naziri Məhəmməd Şia əs-Sudani avqustun 12-də ABŞ Mərkəzi Komandanlığının komandanı general Kayl Kuper ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə İraq Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı əs-Sudani İraqın müəyyən edilmiş müddətlərə sadiq olduğunu təsdiqləyib. O, sentyabrın 30-nu beynəlxalq koalisiyanın hərbi əməliyyatlarının yekunlaşması və qoşunların İraqdan tam çıxarılması üçün son tarix kimi elan edib.
Əs-Sudani bildirib ki, oktyabrın 1-i İraq üçün yeni tarixi mərhələnin başlanğıcı olacaq. Həmin tarixdən etibarən ölkə ərazisində xarici hərbi varlığa tamamilə son qoyulacaq, ərazi suverenliyi bərpa ediləcək, habelə milli təhlükəsizlik qüvvələri və hərbi potensial daha da möhkəmləndiriləcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:49 / 14.08.2026
Bu ölkə oktyabrın 1-i yeni dövrə keçir – Rəsmən elan edildi
Hazırda oxunan: Bu ölkə oktyabrın 1-i yeni dövrə keçir – Rəsmən elan edildi
Hazırda oxunan: Bu ölkə oktyabrın 1-i yeni dövrə keçir – Rəsmən elan edildi
631055
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































