Moskvada restoran sahibi Şaiq Süleymanovun avtomobili atəşə tutuldu

Hazırda oxunan: Moskvada restoran sahibi Şaiq Süleymanovun avtomobili atəşə tutuldu

631041

Moskvanın mərkəzində Levantine restoranının sahibi Şaiq Süleymanova məxsus Range Rover markalı avtomobili atəşə tutulub.

Güllələr avtomobilin şüşəsinə və yanacaq çəninin yaxınlığındakı kuzova dəyib.

Bizim.Media xəbər verir ki, bu barədə avqustun 13-də Mash məlumat yayıb.

Hadisə avqustun 12-də saat 22:00 radələrində Moskvanın Kompozitorskaya küçəsində baş verib. Biznesmenin özü atəş açan şəxsi görməyib. Hadisə yerində üç giliz aşkarlanıb və onlar ekspertizaya göndərilib.

Mash-ın məlumatında deyilir: “Range Rover-in ön sağ təkərinin havası enmişdi. Bundan başqa, yanacaq çəninin yaxınlığında və ön sağ şüşədə iki güllə dəliyi aşkarlanıb”.

Hüquq-mühafizə orqanları bir nəfəri saxlayıb.

Hadisə ilə bağlı məlumatın rəsmi təsdiqi materialın yayımlandığı vaxtadək olmayıb.
 

Bundan əvvəl Moskvanın Filevski Park rayonunda taksi sürücüsü başqa avtomobilin sürücüsü ilə mübahisə edib və atəş açıb. Hüquq-mühafizə orqanları taksi sürücüsündən travmatik tapança götürüb. Kişi barəsində cinayət işi açılıb.


Şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilərək SİZO-ya göndərilib. Onu 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Atışma nəticəsində heç kim xəsarət almayıb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidməti məlumat verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin