Şarja qoyulan Çin avtomobili PARTLADI - Saniyələr içində külə döndü - VİDEO

Hazırda oxunan: Şarja qoyulan Çin avtomobili PARTLADI - Saniyələr içində külə döndü - VİDEO

630927

Moskva vilayətinin Şçyolkovo şəhəri yaxınlığında Çin istehsalı "Lixiang L6" markalı elektromobil şarjda olarkən yanıb.

Bizim.Media xəbər verir ki, bu barədə "SHOT" teleqram kanalı məlumat yayıb.

Hadisə "Varejki-3" kottec qəsəbəsində baş verib.

Maşının sahibi orada olmayıb. Qonşular partlayış səsi eşidib və yanıq qoxusu hiss edib, lakin kömək etmək mümkün olmayıb. Avtomobil saniyələr içində külə dönüb.

Yanğın nəticəsində mühərrik hissəsindən əsər-əlamət qalmayıb. Salon da tamamilə yanıb.

İlkin məlumata görə, yanğına qısaqapanma səbəb olub. Ehtimal edilir ki, sürücü şarj cihazını söndürməyi unudub.

Maşın 2024-cü il istehsalıdır. Rəsmi dilerdən 10 ay əvvəl 4,7 milyon rubl (95 min manat) qarşılığında alınıb.

 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin