Putin ilk dəfə Kuril adalarına getdi- Yaponiyadan etiraz – VİDEO

Hazırda oxunan: Putin ilk dəfə Kuril adalarına getdi- Yaponiyadan etiraz – VİDEO

630866

Rusiya Prezidenti Vladimir Putin ilk dəfə olaraq dövlət başçısı kimi Kuril adalarına səfər edib.

Bizim.Media-ya “İnterfaks”a istinadən xəbər verir ki, səfər çərçivəsində Putin arxipelaqın ən böyük adası olan İturup adasında olub.

Bildirilib ki, bu, Rusiya Federasiyası tarixində prezidentin Kuril adalarına ikinci gəlişidir. Daha əvvəl Dmitri Medvedyev 2010-cu ildə prezident olarkən Kuril adalarına yollanıb. 

Yaponiya Xarici İşlər Nazirliyi (XİN) Rusiya liderinin Cənubi Kuril adaları qrupuna daxil olan İturupa səfəri ilə bağlı bəyanat yayıb.

“Bu gün biz Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri barədə xəbər aldıq. Yaponiya bu səfərlə bağlı qətiyyətli etirazını bildirir”, - bəyanatda deyilir. 

Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Yaponiya və SSRİ, sonrakı dövrdə isə Rusiya arasında Kuril adaları ilə bağlı mübahisələr davam edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin