ABŞ-ın Texas ştatının mərkəzi hissəsində "AH-64 Apache" tipli hərbi helikopter qəzaya uğrayıb.
Bizim.Media “Clashreport”a istinadən xəbər verir ki, bu barədə yerli şerif idarəsinin nümayəndələri bildiriblər.
Məlumata əsasən, helikopterin göyərtəsində olan iki nəfər həlak olub. Hadisə zamanı yerdə olan şəxslər arasında xəsarət alan olmayıb.
Hadisədən sonra helikopter yanıb. Bununla əlaqədar olaraq, yerli hakimiyyət orqanları hadisə ətrafındakı yaşayış məntəqələrinin sakinlərinin təxliyəsinə qərar verib. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:53 / 13.08.2026
ABŞ helikopteri QƏZAYA DÜŞDÜ – Ölənlər var – VİDEO
Hazırda oxunan: ABŞ helikopteri QƏZAYA DÜŞDÜ – Ölənlər var – VİDEO
Hazırda oxunan: ABŞ helikopteri QƏZAYA DÜŞDÜ – Ölənlər var – VİDEO
630849
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































