Özbəkistana ilin əvvəlindən 7,7 milyondan çox turist gəlib

Hazırda oxunan: Özbəkistana ilin əvvəlindən 7,7 milyondan çox turist gəlib

630815

2026-cı ilin yanvar-iyul aylarında Özbəkistana 7,749 milyon xarici turist səfər edib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 milyon nəfər çoxdur.

Səfərlərin sayına görə ilk sırada Qırğızıstan qərarlaşıb – bu ölkədən Özbəkistana 2,17 milyon səfər qeydə alınıb. Onlardan 301,7 mini iyul ayının payına düşüb.
 

İkinci yerdə 1,855 milyon turistlə Qazaxıstan qərarlaşıb. İyul ayında Qazaxıstandan gələnlərin sayı 301,8 min nəfər təşkil edərək Qırğızıstanı cüzi fərqlə üstələyib.


Üçüncü yerdə isə 1,728 milyon səfərlə Tacikistan qərarlaşıb. Onlardan 257,3 min nəfər iyul ayında Özbəkistana gedib.

Rusiyadan 710 mindən çox səfər qeydə alınıb. Onların 125 mindən çoxu iyul ayının payına düşüb.

Əfqanıstandan 281,2 min (iyulda 42,2 min), Çindən 269,7 min (iyulda 46,2 min) turist Özbəkistana səfər edib. Müqayisə üçün, 2025-ci ilin bütün ili ərzində Özbəkistana 278,9 min çinli turist gəlmişdi.

Sonrakı yerlərdə Türkmənistan (192,8 min), Türkiyə (111,9 min), Hindistan (32,4 min) və Cənubi Koreya (26,5 min) qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin