Bloqer Hüseyn Həsənov məhkəmə qərarından şikayət verdi

Hazırda oxunan: Bloqer Hüseyn Həsənov məhkəmə qərarından şikayət verdi

630798

Çirkli pulların yuyulmasında təqsirli bilinərək haqqında qiyabi olaraq dörd il azadlıqdan məhrumetmə cəzası çıxarılan azərbaycanəsilli rusiyalı bloqer Hüseyn Həsənovun müdafiə tərəfi məhkəmə qərarından şikayət verib.

Bizim.Media xəbər verir ki, bu barədə TASS-a məhkəmədən bildirilib.

"Məhkəməyə Həsənov barəsində çıxarılmış qiyabi hökmdən apellyasiya şikayəti daxil olub. O, daha sonra Moskva Şəhər Məhkəməsində araşdırılacaq", - deyə agentliyə məlumat verilib.
 

Birinci instansiya məhkəməsi daha əvvəl Həsənova bir milyon rubl (təxminən 21 000 manat - red.) məbləğində cərimə olunmaqla dörd il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi barədə qərar çıxarmışdı.


Təyin olunmuş cəza qiyabi hesab olunur. Onun müddəti məhkumun saxlanıldığı və ya ekstradisiya edildiyi andan hesablanır. Bundan əlavə, məhkəmə Moskvanın Presnya rayonunda yerləşən və dəyəri 46 milyon rubl (942 737 manat - red.) olan qeyri-yaşayış sahəsini müsadirə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin