Amerikalı iş adamı, milyarder İlon Musk zarafatla Böyük Britaniyanı almaq üçün nə qədər pul ödəyə biləcəyi ilə maraqlanıb.
Bizim.Media xəbər verir ki, o bu barədə “X” hesabında satirik "The Babylon Bee" nəşrinin “İlon Maskın gözlənilmədən Birləşmiş Krallığın bütün ərazisini alması” barədə saxta xəbərə cavab olaraq yazıb.
Həmin məqalədə biznesmenin ölkə vətəndaşlarına “söz azadlığını qaytarmaq” məqsədilə Britaniyanı satın alacağı iddia olunub.
"Bunun qiyməti nə qədərdir?" – Mask paylaşımda qeyd edib.
Qeyd edək ki, milyarder 2017-ci ildə “Twitter” istifadəçisinin (indiki X) platformanı əldə etmək təklifinə cavab olaraq oxşar bir sual vermişdi. 2022-ci ildə Mask sosial şəbəkəni 44 milyard dollara satın aldı. 2023-cü ildə sosial şəbəkə adını və loqosunu dəyişdirdi. İş adamı bu qərarını "hər şey üçün" bir tətbiq yaratmaqla izah etmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:27 / 12.08.2026
Mask bu ölkəni almaq istəyir: “Qiyməti nə qədərdir?"
Hazırda oxunan: Mask bu ölkəni almaq istəyir: “Qiyməti nə qədərdir?"
Hazırda oxunan: Mask bu ölkəni almaq istəyir: “Qiyməti nə qədərdir?"
630711
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































