Ukrayna Müdafiə Qüvvələri gecə saatlarında Novorossiyskdə Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına qarşı əməliyyat keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında paylaşım edib.
Onun sözlərinə görə, cəbhə xəttindən 300 kilometrdən çox məsafədə yerləşən Novorossiysk Rusiya donanmasının Qara dənizdəki əsas dayaqlarından biridir.
“Reaktiv dronlarımız “Palyanitsa”, “Neptun” raketləri və pilotsuz dəniz sistemlərimiz müəyyən edilmiş hədəflər üzrə dəqiq zərbələr endirib”, – Zelenski bildirib.
Ukrayna Prezidentinin sözlərinə görə, hava hücumundan müdafiə mövqelərinə, liman körpülərinə və infrastrukturuna zərbələrin endirilməsi təsdiqlənib.
O vurğulayıb ki, Rusiya hərbi donanması və onu dəstəkləyən infrastruktur “Rusiya təcavüzü davam etdiyi müddətdə təhlükəsiz olmayacaq”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:14 / 12.08.2026
Ukrayna Novorossiyskdə Rusiya hərbi bazasına zərbə endirdi – VİDEO
Hazırda oxunan: Ukrayna Novorossiyskdə Rusiya hərbi bazasına zərbə endirdi – VİDEO
Hazırda oxunan: Ukrayna Novorossiyskdə Rusiya hərbi bazasına zərbə endirdi – VİDEO
630701
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































