ABŞ-ın yeni raketdən müdafiə sistemi olan Qızıl Günbəz - Golden Dome üçün kosmik tutucu qurğular hazırlayan şirkətlər əsas sınaqları başa çatdırıblar.
Bizim.Media Bloomberg-ə istinadən xəbər verir ki, SpaceX, Northrop Grumman və Golden Dome proqramının 185 milyard dollarlıq bir hissəsi olaraq kosmik tutucu qurğular hazırlayan digər şirkətlər ilk əsas sınaqları uğurla başa çatdırıblar.
Bildirilir ki, bu, eksperimental müdafiə texnologiyasının hazırlanmasında ilkin irəliləyişin olduğunu göstərir.
Qeyd olunur ki, bəzi şirkətlər üçün ilkin sınaqlar sensor məlumatlarını tutucu qurğuya ötürmək və kosmik gəmilərinin mühərriklərinin işini nümayiş etdirməkdən ibarət olub.
Golden Dome Layihə Meneceri general Michael Gattlein bildirib ki, şirkətlər hazırda proqramın növbəti mərhələsinə - texnologiyalarının kosmosda işləkliyini nümayiş etdirməyə keçirlər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:37 / 12.08.2026
Qızıl Günbəz-in 185 milyard dollarlıq ilk mərhələsinin sınaqları başa çatdı
Hazırda oxunan: Qızıl Günbəz-in 185 milyard dollarlıq ilk mərhələsinin sınaqları başa çatdı
Hazırda oxunan: Qızıl Günbəz-in 185 milyard dollarlıq ilk mərhələsinin sınaqları başa çatdı
630668
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































