"Google" CV-lərin yoxlanılmasında süni intellektdən imtina edərək ənənəvi üsula qayıtdı

Hazırda oxunan: "Google" CV-lərin yoxlanılmasında süni intellektdən imtina edərək ənənəvi üsula qayıtdı

630663

Süni intellektin (Sİ) inkişafı sahəsində fəaliyyət göstərən "Google DeepMind" bölməsi namizədlərin CV-lərini təhlil etmək üçün istifadə etdiyi daxili süni intellekt sistemindən imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, proqram müraciətlərin böyük əksəriyyətini avtomatik olaraq rədd edib. Nəticədə insan resursları (HR) şöbəsinin əməkdaşları potensial namizədləri itiriblər.

Yaranmış vəziyyətlə əlaqədar şirkət CV-lərin yenidən ənənəvi qaydada, yəni insan tərəfindən yoxlanılmasına qərar verib.

Buna baxmayaraq, "Google" korporasiyası öz süni intellekt həllərini müştərilərinin insan resursları departamentlərinə təklif etməyə davam edir.

"Bloomberg"in təhlilinə görə, bu hadisə süni intellektin kadrlar üzrə mütəxəssisləri tam şəkildə əvəz etmək imkanlarının hələ də məhdud olduğunu göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin