ABŞ Prezidenti Donald Tramp İranla bağlı vəziyyətin normal inkişaf etdiyini və Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Hörmüz boğazına tam nəzarət etdiyini bildirib.
Bizim.Media xəbər verir ki, ABŞ lideri bu barədə Vaşinqton yaxınlığındakı Endryus aviabazasında jurnalistlərə bildirib.
"İranla bağlı hər şey qaydasındadır - tamamilə normaldır. Biz Hörmüz boğazına tam nəzarət edirik. Biz onu idarə edirik; başqa heç kim, ancaq biz. Bizim Hərbi Dəniz Qüvvələrimiz inanılmazdır və ölkəmizdə işlər ələ gedir", - Tramp deyib.
Tramp həmçinin Tehrana etibar etmədiyini də əlavə edib.
"Mən İrana etibar edəcək sonuncu insanam; onlar məni dəfələrlə aldatdılar. Hazırda Hörmüz boğazına tam nəzarət edirik, onlar isə onu idarə etmirlər", - o deyib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:44 / 12.08.2026
Tramp: “İrana etibar etmirəm”
Hazırda oxunan: Tramp: “İrana etibar etmirəm”
Hazırda oxunan: Tramp: “İrana etibar etmirəm”
630645
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































