Çikaqo və İndianada güclü fırtınalar: 575 mindən çox abonent işıqsız qalıb

Hazırda oxunan: Çikaqo və İndianada güclü fırtınalar: 575 mindən çox abonent işıqsız qalıb

630640

ABŞ-ın Çikaqo şəhəri və İndiana ştatının şimal-qərb bölgəsində güclü fırtınalar genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub.

Bizim.Media xəbər verir ki, Associated Press-in məlumatına görə, küləyin sürəti bəzi ərazilərdə saatda 128 kilometrə çatıb.

Güclü külək ağacları aşırıb, İllinoys və İndianada tornado xəbərdarlığı sirenləri işə salınıb.
 

Çikaqonun iki əsas hava limanından bütün uçuşlar müvəqqəti dayandırılıb. ABŞ Milli Meteoroloji Xidməti bölgə sakinlərini yaxınlaşan fırtınaların yaratdığı təhlükə barədə xəbərdar edib.


PowerOutage.us-un məlumatına görə, İllinoys və İndiana ştatlarında 575 mindən çox istehlakçı elektriksiz qalıb. Ən çox zərər İndiananın Leyk dairəsində qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin