Rusiyanın neft-qaz gəlirləri xeyli azalıb

Hazırda oxunan: Rusiyanın neft-qaz gəlirləri xeyli azalıb

630632

2026-cı ilin ilk yeddi ayının yekunlarına görə, Rusiya büdcəsinin enerji resurslarının satışından əldə etdiyi ümumi gəlirlər nəzərəçarpacaq dərəcədə azalıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin saytında məlumat verilib.
 

Qurumun ilkin qiymətləndirməsinə əsasən, bu müddət ərzində neft-qaz gəlirləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16.8 faiz azalıb.


Yanvar-iyul aylarında daxilolmaların həcmi təxminən 4.6 trilyon rubl (təqribən 95 milyard manat - red.) təşkil edib.

Maliyyə Nazirliyi bu dinamikanı əvvəlki dövrlərdə enerji resurslarının qiymətlərinin aşağı düşməsi ilə əlaqələndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin