Fransa istidən yanır: 78 departamentdə narıncı xəbərdarlıq

Hazırda oxunan: Fransa istidən yanır: 78 departamentdə narıncı xəbərdarlıq

630623

Fransanın 78 departamentində hava şəraiti ilə əlaqədar təhlükənin ikinci ən yüksək səviyyəsi olan narıncı xəbərdarlıq elan edilib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya Xidməti məlumat yayıb.

"Bu, yay ərzində intensivliyi və coğrafi miqyası səbəbindən xüsusi diqqət tələb edən anomal istilərin beşinci epizodudur", - deyə xidmətin açıqlamasında bildirilib.
 

Parisdə və paytaxt regionu İl-de-Fransda temperaturun 38 dərəcəyədək yüksələcəyi gözlənilir. Mərkəz-Val-de-Luar və Yeni Akvitaniya regionlarında isə temperaturun 40 dərəcəyə çatacağı proqnozlaşdırılır.


Qeyd edək ki, daha əvvəl "Agence France-Presse" ölkənin Ekoloji Keçid Nazirliyinə istinadən Fransa ərazisinin 70 faizində su istifadəsinə məhdudiyyətlər tətbiq edildiyini bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin