Rusiya 2022-ci ildən həbsdə saxlanılan keçmiş ABŞ dəniz piyadası Robert Gilmanı azad edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
ABŞ rəsmilərinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin 32 yaşlı amerikalının səhhəti ilə əlaqədar humanitar əsaslarla əfv olunmasına razılıq verib.
ABŞ-ın Ağ Ev və Dövlət Departamenti Moskvanı Gilmanı azad etməyə və onun ABŞ-da müalicə almasına imkan yaratmağa çağırmışdı.
Gilman Voronejdəki həbsxanada saxlanılırdı. O, Rusiyada 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Buna səbəb xuliqanlıq və koloniyanın əməkdaşlarına hücum etməkdə təqsirli bilinməsi olub.
ABŞ rəsmilərinin bildirdiyinə görə, Gilman çərşənbə axşamı ABŞ Dövlət Departamentinin təyyarəsi ilə Rusiyadan Vaşinqton yaxınlığındakı Dalles hava limanına aparılıb.
Bizim.Media


































































































