Varlı valideynlər yetkin övladlarını niyə maliyyələşdirməkdən imtina edirlər?

Hazırda oxunan: Varlı valideynlər yetkin övladlarını niyə maliyyələşdirməkdən imtina edirlər?

630545

ABŞ-da kapitalın tarixdə ən böyük nəsillərarası ötürülməsi fonunda yeni mədəni mübahisə yaranıb. Qarşıdakı iyirmi il ərzində “bebi-bumer” nəslindən övladlarına təxminən 124 trilyon dollar keçəcəyi gözlənilir. Buna baxmayaraq, imkanlı ailələrdə böyüyən bir çox yetkin övlad valideynlərinin bu pulları onlara indidən verməkdən imtina etməsindən narazıdır.

Bizim.Media xəbər verir ki, bu barədə New York Post yazıb.
 

Məsələn, Nyu-Yorkda yaşayan 38 yaşlı komediya aktyoru Ceysonun atası yaxın zamanda milyonlarla dollar miras alıb. Lakin o, oğlunun 600 dollarlıq improvizasiya kursunun pulunu ödəməkdən və ya vacib kastinq üçün Los-Ancelesə aviabilet almaqdan belə imtina edir. Atası hesab edir ki, oğluna indi pul vermək onun motivasiyasını öldürə bilər.


43 yaşlı Eşli isə valideynlərinin ona mənzil almaqdan imtina etməsindən narazıdır. Onun sözlərinə görə, valideynləri onun universitet və toy xərclərini ödədiklərini əsas gətirərək daha sonra maliyyə dəstəyi göstərməyiblər.

Valideynlər: “Asan pul motivasiyanı öldürə bilər”

Varlı valideynlərin və maliyyə ekspertlərinin əksəriyyəti hesab edir ki, övladların maliyyə baxımından müstəqil qalması onların xarakterini formalaşdırır və məsuliyyət hissini artırır.

Ekspertlərin fikrincə, valideynlər övladlarına asanlıqla təqdim edilən böyük məbləğlərin onları maddi asılı vəziyyətə sala biləcəyindən və ambisiyalarını zəiflədəcəyindən ehtiyat edirlər. Bundan başqa, övladlara edilən davamlı maliyyə yardımı yaşlı valideynlərin öz pensiya planlarına da mənfi təsir göstərə bilər.

Mirasın da yox ola biləcəyini göstərən nümunə

Bununla belə, bəzi hallarda valideynlərin pullarını övladlarından gizlətməsi heç də prinsip məsələsi deyil. Buna 43 yaşlı Blis Bendellin həyatı nümunədir.
 

Manhettendə imkanlı ailədə böyüyən Bendell gəncliyində dəbdəbəli həyat sürüb, ailənin Hemptonzdakı evindən, atlardan və limitsiz kredit kartlarından istifadə edib.


Lakin valideynləri yaşlandıqca vəziyyət dəyişib. Anasında Altsheymer xəstəliyi yaranıb, atası isə ciddi sağlamlıq problemləri və əmək qabiliyyətinin itirilməsi ilə üzləşib.

Pandemiya, tibbi xidmət və uzunmüddətli qulluğun yüksək xərcləri nəticəsində ailənin bütün yığımları tükənib.

Beləliklə, övladların gözündə “milyonlarla dolları olan valideyn” obrazı heç də həmişə real var-dövlət demək deyil. Bəzən illərlə toplanan sərvət gözlənilməz xəstəliklər, uzunmüddətli qulluq və digər xərclər səbəbindən bir neçə il ərzində tamamilə yox ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin