Andraş Baka Macarıstanın yeni prezidenti SEÇİLDİ

Hazırda oxunan: Andraş Baka Macarıstanın yeni prezidenti SEÇİLDİ

630539

Macarıstan parlamenti ölkənin Ali Məhkəməsinin keçmiş sədri Andraş Bakanı yeni prezident seçib.

Bizim.Media xəbər verir ki, bu barədə "Nepszava" qəzeti məlumat yayıb.

Bakanın namizədliyini 140 deputat dəstəkləyib, 6 nəfər əleyhinə səs verib, bitərəf qalan olmayıb.

Baka prezident andını içib və avqustun 19-da vəzifəsinin icrasına başlayacaq. Buna qədər dövlət başçısının səlahiyyətlərini parlamentin sədri Aqneş Forsthoffer icra edəcək.

Andraş Baka 2009-2011-ci illərdə Macarıstan Ali Məhkəməsinin sədri vəzifəsində çalışıb. Daha əvvəl, 1991-2007-ci illərdə o, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi olub.

Prezident vəzifəsinə başqa namizəd olmayıb. "Fides" partiyasının nümayəndələri səsvermədə iştirak etməyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin