Bəşər Əsəd barəsində ölüm hökmü Suriyada bayrama çevrildi – VİDEO

Hazırda oxunan: Bəşər Əsəd barəsində ölüm hökmü Suriyada bayrama çevrildi – VİDEO

630532

Suriyanın sabiq prezidenti Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü çıxarılmasından sonra Dəməşq küçələrində bayram əhval-ruhiyyəsi yaşanıb.

Bizim.Media xəbər verir ki, yerli sakinlər və keçmiş rejimin qurbanlarının yaxınları küçələrə axışaraq Məhkəmənin bu qərarını ədalətin zəfəri və zərərçəkən ailələr üçün tarixi bir təsəlli kimi qarşılayıblar.

İnsanlar Dəməşqin mərkəzi küçələrində toplanaraq qərarı böyük coşqu ilə qeyd ediblər.

Qeyd edək ki, Dəməşq Cinayət Məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədi insanlıq əleyhinə cinayətlər, qətl və işgəncə ittihamları üzrə ölüm cəzasına məhkum edib.

Xatırladaq ki, Bəşər Əsəd 2024-cü ilin dekabrında hakimiyyətdən devrilib və daha sonra ailəsi ilə Suriyanı tərk edərək Rusiyaya qaçıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin