“İranın bankiri mənəm” – VİDEO

Hazırda oxunan: “İranın bankiri mənəm” – VİDEO

630510

ABŞ-nin İrana qarşı üç strategiyası mövcuddur.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Real America’s Voice” nəşrinə müsahibəsində danışıb.

“Birincisi, indi etdiyimizi etmək - sadəcə axınla üzmək və onların işlərinin nə qədər pis getdiyini izləmək, çünki onlarda infilyasiya 300%-ə çatıb. Valyutalarının demək olar ki, heç bir dəyəri yoxdur. Əsgərlərinə maaş verə bilmirlər. Hərbçiləri ordunu tərk edir. Beləliklə, sadəcə eyni qaydada davam etmək lazımdır”, - dövlət başçısı deyib.

Trampın sözlərinə görə, İrana qarşı ikinci strategiya bu ölkəyə güclü hərbi zərbə endirməkdir.

“Üçüncüsü isə sadəcə onları iqtisadi cəhətdən məğlub etməkdir. İran iqtisadi cəhətdən xaos içindədir. Borc ala bilmirlər. Onların çoxlu pulu var idi. İndi bu pullarına biz nəzarət edirik. Onların bankiri isə mənəm”, - Ağ Ev rəhbəri əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin