Rusiyada film kimi TƏQİB – Polis sərxoş traktorçunu belə saxladı – VİDEO

Hazırda oxunan: Rusiyada film kimi TƏQİB – Polis sərxoş traktorçunu belə saxladı – VİDEO

630499

Rusiyanın Başqırdıstan Respublikasının Neftekamsk şəhərində hüquq-mühafizə orqanları əməkdaşları ilə traktor sürücüsü arasında filmləri xatırladan təqib hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

Belə ki, yolla hərəkət edən sərxoş traktorçu polisin diqqətini çəkib. Lakin o, hüquq-mühafizə əməkdaşlarının "saxla" tələbinə məhəl qoymayaraq əkin sahəsi ilə aradan çıxmağa cəhd edib.
 

Sürücünün tarlalar vasitəsilə polislərdən qaçmaq planı boşa çıxıb. Çətin relyefdən çəkinməyən polis əməkdaşları təqibi davam etdiriblər. Bir neçə cəhddən sonra onlar sərxoş sürücünü saxlamağa müvəffəq olublar.


Hadisə ilə bağlı araşdırma aparılır, sürücünün sərxoşluq dərəcəsi və hadisənin təfərrüatları dəqiqləşdirilir. İlkin məlumata görə, onu sərxoş halda nəqliyyat vasitəsini idarə etməyə və polisin qanuni tələbinə tabe olmamağa görə inzibati məsuliyyət gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin