Kralın ölüm xəbəri YAYILDI

Hazırda oxunan: Kralın ölüm xəbəri YAYILDI

630498

Böyük Britaniyanın "Radio Caroline" radyo stansiyasında baş verən texniki xəta ölkə gündəmini altüst edib. Canlı yayın zamanı Böyük Britaniya Kralı III Çarlzın vəfat etdiyini bildirən öncədən yazılmış səs yazısı yanlışlıqla efirə verilib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, yayımda "Əlahəzrət Kral III Çarlzın vəfatı səbəbindən ehtiram əlaməti olaraq normal yayınımızı ikinci bir duyuruya qədər saxlayırıq" elanı səsləndirilib.

Anonsun ardınca Böyük Britaniyanın dövlət himni çalınıb və təxminən 16 dəqiqəlik sükut yaşanıb. Bu sükut dinləyicilərdə xəbərin gerçək olduğu təəssüratını yaradıb.
 

Böyük Britaniyanın Rabitə və Media Qurumunun (Ofcom) apardığı araşdırmalara görə, insident kompüterdə profilaktik bərpa işləri aparan əməkdaşın səhvi ucbatından baş verib. Şəxs masaüstündə saxlanılan köhnə səs fayllarından birini açıb və onun canlı efirə getdiyini hiss etməyib. Səhvini anladıqdan sonra isə həyəcanlanaraq studiyanı tərk edib.


Efir idarəçiliyini bərpa etmək və xətanı düzəltmək radio rəhbərliyinə təxminən 30 dəqiqəyə başa gəlib. Aparıcı daha sonra dinləyicilərdən üzr istəyərək məlumatın texniki xəta olduğunu bildirib.

Ofcom baş verənləri "ciddi yayım pozuntusu" kimi qiymətləndirib və radyo stansiyasının dürüstlük və dəqiqlik prinsiplərini pozduğunu elan edib.

"Radio Caroline" rəhbərliyi isə hadisəyə səbəb olan əməkdaşa xəbərdarlıq edildiyini, Kralın ölümünə dair hazır səs fayllarının isə artıq kompüterlərin masaüstü pəncərəsindən silindiyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin