Yanukoviç tərəfdarları Xarkovda qurultay keçirib

Hazırda oxunan: Yanukoviç tərəfdarları Xarkovda qurultay keçirib

42106
Ukrayna prezidenti Viktor Yanukoviçi dəstəkləyən cənub-şərq regionlarını və Krımı təmsil edən deputatlar Xarkovda xalq qurultayı keçirib.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, Xarkovda olduğu bildirilən prezident toplantıya qatılmayıb.
 
Toplantı iştirakçıları Ukraynada Konstitusiya quruluşunun bərpasına görə məsuliyyəti öz üzərlərinə götürdüklərini bəyan ediblər. Onlar Ali Radanın son günlər qəbul etdiyi qərarların legitimliyini və könüllülüyünü şübhə altına alıblar.
 
Hakim Regionlar Partiyasının parlament fraksiyası rəhbərinin müavini Oleq Tsarev Kiyevdə baş verənləri “hakimiyyətin silahlı yolla ələ keçirilməsi” adlandırıb. Toplantı iştirakçılarından Yevgeni Jilin yerli hakimiyyət orqanlarını xalq drujinaları yaratmağa və onları silahlandırmağa çağırıb.
 
Qeyd edək ki, Xarkovda eyni vaxtda Yanukoviç tərəfdarları ilə əleyhdarlarının mitinqi keçirilir. Onların arasında milis kordonları qurulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin