Ukrayna: hökumətin prezidentə qurban verilməsi layihəsi

Hazırda oxunan: Ukrayna: hökumətin prezidentə qurban verilməsi layihəsi

37598
Ukrayna Ali Radasının Dövlət quruculuğu və yerli idarəetmə Komitəsi hökumətə etimadsızlıq göstərilməsi barədə qərar layihəsini qəbul edib.
APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, bunu “Batkivşina” fraksiyasının lideri Arseni Yasenyuk deyib. Faktı komitənin üzvü, UDAR fraksiyasının lideri Vitali Kliçko da təsdiqləyib. Ali Rada noyabrın 3-də keçirilək iclasında bu qərar layihəsini müzakirə edəcək.
 Dövlət quruculuğu və yerli idarəetmə Komitəsinin sədri David Jvaniya hökumətin istefası üçün lazımi miqdarda səs toplanacağına əmin olduğunu deyib. O, Nazirlər Kabinetini istefaya göndərmək üçün tələb olunan minimum 226 səsdən daha artıq səs veriləcəyini bildirib: “Hökumətin istefası ilə bağlı problem yoxdur”.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin