ABŞ-da göldə buz bağlamış alliqatorların donu açılmağa başladı - VİDEO

Hazırda oxunan: ABŞ-da göldə buz bağlamış alliqatorların donu açılmağa başladı - VİDEO

208045
ABŞ-ın Şimali Karolina ştatında yerləşən göldə buz bağlamış alliqatorların donu açılmağa başlayıb və onlardan bəziləri artıq suyun üzünə çıxıblar.

“Report”x9d RİA "Novosti"yə istinadən xəbər verir ki, Corc Hovard qoruğu rəhbərinin sözlərinə görə, sürünənlər bədən temperaturunu nizamlaya və maddələr mübadiləsini yubandıraraq mühit şərtlərinə uyğunlaşa bilirlər. Hava normallaşdıqca, heyvanlar da öz adi həyat tərzlərinə geri qayıdırdar.

Ekspertlərin sözlərinə görə, alliqatorlar instinktiv olaraq gölün nə zaman donmalı olduğunu bilirlər, onlar burunlarını suyun altından bayıra çıxarırlar və onun havada qalan hissəsinin buz bağlamasına şərait yaradırlar.

Timsahlar bu şəkildə havaların istiləşməsini gözləyirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin