Yekəpər heyvan bununla “demək”x9d istəyib ki, bahalı maşına əyləşmək hələ adam olmaq demək deyil...
Ayı “cip”x9d avtomobilə əyləşib onu qaçırdı və qəza törətdi.xa0
Moderator.az İsrail mediasına istinadla yazır ki, təzadlı olay ABŞ-ın Kolorado ştatında xa0baş verib. Ayı küçədə qapısı açıq qalmış maşına oturub. Bir müddət ora-bura vurnuxan ayının hərəkətləri avtomobilin işə düşərək getməsinə səbəb olub. Duranqo şəhərinin sakini Ron Kornelius və onun arvadı səhərə yaxın küçədəki səs-küyə oyanıb. Onlar küçəyə çıxdıqda evin yanında “Subaru”x9d markalı avtomobilin poçt qutusunu dağıdaraq dayandığını görüblər. Həmin vaxt ayı artıq maşında olmayıb. Lakin avtomobilin salonunun bərbad vəziyyətə salınması əlamətlərindən qəzanı məhz ayının törətdiyi aydın olub. Bunu olayı tədqiq edən müstəntiq də təsdiqləyib.
P.S. Ayı bununla “demək”x9d istəyib ki, bahalı avtomobildə əyləşmək hələ adam olmağa dəlalət etmir...




Sultan Laçın
.




































































































