“ABŞ Tehranla imzalanmış razılaşmanı pozacağı və ya həddindən artıq tələblər irəli sürəcəyi təqdirdə, İran buna “sarsıdıcı cavab” verəcək”.
Bizim.Media xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “X” hesabında yazıb.
O bildirib ki, ABŞ artıq bir dəfə qarşıdurma zamanı ağır zərbə alıb:
“Onlar müharibə zamanı artıq bir dəfə sillə yedilər. Eyni yolu yenidən seçsələr, bu dəfə daha güclü zərbə alacaqlar”.
O əlavə edib ki, hazırda İranın əsas vəzifəsi əldə olunmuş razılaşmanın şərtlərini yerinə yetirmək və onlara əməl etməkdir.
Xatırladaq ki, iyunun 18-nə keçən gecə ABŞ və İran arasında münaqişənin dayandırılması, dəniz blokadasının mərhələli şəkildə aradan qaldırılması və Hörmüz boğazında gəmiçiliyin bərpasını nəzərdə tutan memorandum imzalanıb. Daha sonra ABŞ Mərkəzi Komandanlığı İran limanları və gəmilərinə tətbiq edilən dəniz blokadasının ləğv olunduğunu təsdiqləyib. Memorandumu ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian imzalayıb.
Bizim.Media



































































































