“Onlar evlərinə taxta tabutlarla qayıdacaqlar”x9d ”“ ŞOK XƏBƏRDARLIQ

Hazırda oxunan: “Onlar evlərinə taxta tabutlarla qayıdacaqlar”x9d ”“ ŞOK XƏBƏRDARLIQ

120074
“Rəsmi Dəməşqin dəvəti olmadan Suriyada quru əməliyyatlarda iştirak edən xarici hərbçilər evə taxta tabutlarda qayıdacaqlar”x9d.
 
 “Reuters”x9d agentliyi xəbər verir ki, bunu Suriyanın xarici işlər naziri Valid Əl-Müəllim Dəməşqdə keçirdiyi mətbuat konfransında deyib.
 
Səudiyyə Ərəbistanının İŞİD terror təşkilatına qarşı mübarizə aparmaq üçün Suriyaya müdaxilə edəcəyi barədə bəyanatını şərh edən Valid Əl-Müəllim qeyd edib ki, Dəməşqin razılığı olmadan ölkə ərazisinə istənilən müdaxilə təcavüzün aktı kimi qəbul ediləcək: “Ölkənin hər bir vətəndaşı buna müqavimət göstərməlidir. Mənə bunu təəssüflə qeyd edirəm, amma onlar evlərinə taxta tabutlarla qayıdacaqlar”x9d.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı müdafiə nazirinin məsləhətçisi, briqada generalı Əhməd Asseri ölkəsinin ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın tərkibində Suriyada quru əməliyyatlarında iştirak etməyə hazır olduğunu bildirib.
 
Bu gün isə CNN telekanalına Ər-Riyaddakı mənbələr bildiriblər ki, Səudiyyə Ərəbistanı və onun ərəb müttəfiqləri İŞİD qruplaşmasına qarşı Suriyada keçiriləcək mümkün əməliyyata 150 min hərbi qulluqçu ilə hazırlaşırlar. Mənbələrin sözlərinə görə, hazırlıq proqramları Səudiyyənin ərazisində həyata keçirilir və proqramlarda Misir, Sudan və İordaniya hərbçiləri də iştirak edirlər.
 
Bəhreyn qonşusu və müttəfiqi Səudiyyə Ərəbistanının ardınca Suriyaya quru qoşunlarını göndərməyə hazır olduğunu bəyan edib.(Publika.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin