Ərdoğan Şahbaz Şərifi sarayında qəbul etdi - FOTO

Hazırda oxunan: Ərdoğan Şahbaz Şərifi sarayında qəbul etdi - FOTO

623269

Pakistanın Baş naziri Şahbaz Şərif Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlib.

Bizim.Media Türkiyə KİV-nə istinadla xəbər verir ki, prezident Ərdoğan Şahbaz Şərifi Prezident Aparatının Dolmabağça İş Ofisində rəsmi mərasimlə qarşılayıb.
 

Qarşılama mərasimindən sonra Ərdoğan və Şərif təkbətək görüş keçiriblər. Əldə edilən məlumata görə, görüşdə iki ölkə arasında ticarət və əməkdaşlıq məsələləri müzakirə olunub.


Həmçinin regional təhlükəsizlik məsələləri və ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə dair strategiyalar diqqət mərkəzində saxlanılıb.

Ərdoğan Pakistanla əlaqələrin hər bir sahədə daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Görüşün iki ölkə arasındakı dostluğun möhkəmlənməsinə töhfə verəcəyi bildirilib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin