ABŞ - İran danışıqları yenidən başlayır – TARİX AÇIQLANDI

Hazırda oxunan: ABŞ - İran danışıqları yenidən başlayır – TARİX AÇIQLANDI

623276

ABŞ və İran nümayəndələri arasında danışıqların növbəti raundu iyulun 11-də Pakistanda keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, məsləhətləşmələr zamanı İrana qarşı sanksiyalar, aktivlərin dondurulmasının ləğvi, eləcə də İslam Respublikasının nüvə dosyesi ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır.
 

Bundan əvvəl İran nümayəndə heyəti Dohada Qətər və Pakistan təmsilçiləri ilə Tehran və Vaşinqton arasındakı memorandumun bəndlərinin icrasına dair iki görüş keçirib. Bundan başqa, səfər çərçivəsində memorandum şərtlərinin icrasına nəzarət etmək üçün yaradılmış monitorinq qrupunun ilk iclası baş tutub.


Xatırladaq ki, iyunun 18-də ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını təsbit etməli və danışıqların yeni mərhələsinə start verməli olan müvəqqəti qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Sənəd 60 gün müddətinə nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin