Çimərliklərdə çəyirtkələrin yayılmasının səbəbi məlum oldu - RƏSMİ - FOTO

Hazırda oxunan: Çimərliklərdə çəyirtkələrin yayılmasının səbəbi məlum oldu - RƏSMİ - FOTO

623222

Abşeron ərazisində müşahidə edilən çəyirtkələrlə bağlı vəziyyət Aqrar Xidmətlər Agentliyinin tam nəzarəti altındadır.

Bu barədə Bizim.Media-ya Kənd Təsərrüfatı Nazirliyindən bildirib.

Məlumata əsasən, son günlər Abşeron yarımadasında, xüsusən də dənizkənarı ərazilərdə çəyirtkələrin kütləvi şəkildə müşahidə edilməsi ilə bağlı nazirlik yanında Aqrar Xidmətlər Agentliyinə məlumatlar daxil olub.

Məsələ ilə əlaqədar Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşları dərhal qeyd olunan ərazilərə cəlb olunaraq müşahidə tədbirləri həyata keçiriblər. Mütəxəssislərin rəyinə əsasən, belə təbiət hadisələrinin baş verməsi son dövrlərdə müşahidə edilən kəskin iqlim dəyişiklikləri ilə birbaşa əlaqəlidir.

Qlobal və regional iqlim şəraiti dəyişdikcə, bir çox canlı orqanizmlər, o cümlədən çəyirtkələr yeni coğrafi areallara doğru kütləvi miqrasiya edirlər.

Hazırda Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən çəyirtkələrin kütləvi şəkildə yayıldığı ərazilərdə zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri intensiv şəkildə davam etdirilir. Proses tam olaraq nəzarət altındadır.






 Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin