Avropada ən ucuz qiymətə istirahət edə biləcəyiniz yerlər

Hazırda oxunan: Avropada ən ucuz qiymətə istirahət edə biləcəyiniz yerlər

623290

Avropada istirahət planlaşdıran turistlər üçün yalnız aviabilet və otel qiymətləri deyil, gündəlik xərclər də büdcəyə ciddi təsir göstərir. Yeni statistikaya görə, eyni mal və xidmətlər müxtəlif Avropa ölkələrində demək olar ki, dörd dəfə fərqli qiymətə başa gələ bilər.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Avropanın ən bahalı ölkələri İslandiya və İsveçrədir.

Bu ölkələrdə qiymətlər region üzrə orta göstəricidən 80 faizdən çox yüksəkdir. Bahalı istiqamətlər sırasında Danimarka, İrlandiya və Norveç də yer alır. Bu ölkələrdə qida, nəqliyyat, əyləncə və alış-veriş xərcləri orta Avropa səviyyəsindən təxminən 40 faiz bahadır.
 

Mütəxəssislər bildirirlər ki, sərfəli aviabilet tapmaq həmişə ucuz istirahət demək deyil. Çünki bahalı ölkələrdə restoranlar, muzeylər, ekskursiyalar və ictimai nəqliyyata çəkilən gündəlik xərclər ümumi səyahət büdcəsini əhəmiyyətli dərəcədə artırır.


Araşdırmaya əsasən, Avropada ən sərfəli istirahət istiqamətləri isə Şimali Makedoniya, Bosniya və Herseqovina, Rumıniya və Bolqarıstandır. Türkiyə də büdcəyə uyğun səyahət üçün ən əlverişli ölkələrdən biri olaraq qalır.

Bundan başqa, Yunanıstan, Portuqaliya, Polşa və Çexiyada da qiymətlər Avropanın bir çox ölkəsi ilə müqayisədə daha münasib hesab olunur. Statistika göstərir ki, fərq hətta Avropanın aparıcı iqtisadiyyatları arasında da hiss olunur.
 

Belə ki, Almaniyada qiymətlər orta Avropa səviyyəsindən təxminən 9 faiz yüksək olduğu halda, İspaniyada bu göstərici orta səviyyədən 9 faiz aşağıdır. Bu isə eyni müddətli istirahət zamanı turistlərin xərclərinin ölkədən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə biləcəyini göstərir.


Ekspertlər qeyd edirlər ki, bu statistika ayrı-ayrı şəhər və kurortlarda qiymətləri tam əks etdirməsə də, səyahət büdcəsini əvvəlcədən planlaşdırmaq və uyğun istiqamət seçmək üçün faydalı göstərici hesab olunur. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin