Ermənilər Azərbaycan xalq mahnısı “Aman Tello”nu yenidən erməni dilində ifa ediblər.
Bizim.Media xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən erməni əsilli “System of a Down” qrupu Parisdə keçirilən konsert zamanı Azərbaycanın xalq mahnısı olan “Aman Tello”nu səsləndirib. Konsert zamanı zalda olan tamaşaçılar isə Azərbaycanın qədim milli rəqslərindən olan yallı oynayıblar.
Məlumat üçün bildirək ki “System of a Down” qrupu 1992-ci ildə Los-Ancelesdə Serj Tankian və Daron Malakian tərəfindən “Soil” adı ilə yaradılıb. 1995-ci ildə qrupun adı dəyişdirilib. Qrupun üzvləri erməni əsillidir.
Qeyd edək ki, “Aman Tello” Azərbaycan xalq mahnısı 1908-ci ildə Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Məşədi Məhəmməd Fərzəliyev kimi tanınmış xanəndələrin də daxil olduğu xor ansamblı tərəfindən ifa olunub. Naxçıvanda bu melodiya “Tello yallısı” kimi bilinir.
“Aman Tello” Baba Mahmudoğlunun, Ramiz Əzizbəylinin (“Bəyin oğurlanması”), Teymur Mustafayevin və digər sənətçilərin ifasında səsləndirilib.
Plagiata uğrayan “Aman Tello” mahnısının Türkiyədə də Ərdahan və Ərzurum versiyaları mövcuddur (“Tello gider, yan gider, Tello” və s.). Ümumiyyətlə Azərbaycan folklorunda “Telli” antroponiminə, “telli” termininə bir çox mahnı həsr olunub: “Telliyar”, “Üç telli durna”, “Qara tellər”, “Tellər” (Aşıq Məhəmməd) və s.
Günay Şahmar, Bizim.Media



































































































