Azərbaycanda doğum son 80 ilin ən aşağı səviyyəsinə DÜŞƏCƏK

Hazırda oxunan: Azərbaycanda doğum son 80 ilin ən aşağı səviyyəsinə DÜŞƏCƏK

623255

Azərbaycanda doğum göstəriciləri azalmağa davam edir.

Bizim.Media Dövlət Statistika Komitəsinin rəsmi hesabatına əsasən, 2025-ci ilin (yanvar-may) aylarında 38 836 uşaq, 2026-cı il (yanvar-may) aylarında 28 631 körpə dünyaya gəlib.
 

Beləliklə, doğum sayı cəmi bir il ərzində eyni dövr üçün 10 205 nəfər (təxminən 26%) azalıb. Hər 1000 nəfərə düşən doğum əmsalı isə 2025-ci ilin ilk 5 ayında 9,2 olduğu halda, 2026-cı ilin müvafiq dövründə 8,5-ə enib.


Qeyd edək ki, 2024-cü ilin ilk beş ayında (yanvar-may) Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ümumilikdə 43 min 317 doğulan körpə qeydə alınmışdı.

Demoqrafik göstəricilər bu il Azərbaycanda doğulan uşaq sayının təxminən 75-80 min civarında olacağını göstərir. Bu isə ölkədə doğum göstəricilərinin 1947-cı ildən bəri ən aşağı göstərici olacağını deməyə əsas verir. (modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin