Bunlar saç tökülməsini artırır - SƏBƏBLƏR

Hazırda oxunan: Bunlar saç tökülməsini artırır - SƏBƏBLƏR

623211

Son illərdə saç tökülməsi ilə bağlı şikayətlərin artması təsadüfi deyil.

Bizim.Media Baku.ws-ə istinadən məlumatına görə, mütəxəssislər bildirirlər ki, bu problemin geniş yayılmasının əsas səbəbi bir neçə mənfi amilin eyni vaxtda orqanizmə təsir göstərməsidir.

Dermatoloq-trixoloq, tibb üzrə fəlsəfə doktoru Mariya Xaldinanın sözlərinə görə, xüsusilə uzunmüddətli stress saç köklərinin zəifləməsində əsas rol oynayır. Bununla yanaşı, qida dəyəri aşağı olan məhsulların tez-tez istehlakı, iri şəhərlərdəki ekoloji çirklənmə və oturaq həyat tərzi də saçların sağlamlığına mənfi təsir edir.

Mütəxəssis qeyd edib ki, fiziki hərəkətsizlik maddələr mübadiləsini ləngidir, qan dövranını zəiflədir və saç follikullarının lazımi qidalanmasını çətinləşdirir. İnformasiya bolluğu və daimi psixoloji gərginlik isə bu prosesi daha da sürətləndirir.

Həkimin fikrincə, hazırda saç tökülməsinin əsas təhlükəsi tək bir səbəbdə deyil, müxtəlif risk faktorlarının üst-üstə düşməsindədir. Bu amillərin birlikdə təsiri saç follikullarının zədələnməsini sürətləndirir, nəticədə saçlar seyrəkləşir və tökülmə daha nəzərəçarpan olur.

Mütəxəssislər saç tökülməsi uzun müddət davam etdikdə və ya normadan artıq olduqda, səbəbin dəqiq müəyyənləşdirilməsi üçün dermatoloq və ya trixoloqa müraciət etməyi tövsiyə edirlər. Bu, problemin vaxtında aşkarlanmasına və düzgün müalicənin seçilməsinə kömək edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin