Ermənistan Konstitusiya Məhkəməsi siyasi partiyaların seçkilərin nəticələrinin etibarsız sayılması barədə iddiasını rədd edib. Hökmü Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan oxuyub.
Bizim.Media “news.am”a istinadla xəbər verir ki, məhkəmənin qərarına əsasən, MSK-nın 259 A nömrəli qərarı qüvvədə saxlanılıb. Qeyd olunub ki, qərar qətidir və ondan şikayət verilə bilməz.
Xatırladaq ki, Konstitusiya Məhkəməsinə eyni vaxtda 7 siyasi qüvvə müraciət etmişdi: "Güclü Ermənistan" və "Ermənistan" blokları, "Çiçəklənən Ermənistan", "Birlik Qanadları", "Demokratiya, Qanun, İntizam", "Respublika Naminə Demokratiyanın Müdafiəsi İttifaqı" və "Yeni Qüvvə" partiyaları. Sonradan "Yeni Qüvvə" prosesdə iştirakını dayandırıb.
Cavabdeh qismində Mərkəzi Seçki Komissiyası, digər cavabdehlər qismində isə Daxili İşlər Nazirliyi, Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi çıxış edib. Üçüncü tərəf isə "Vətəndaş Müqaviləsi" partiyası olub. Konstitusiya Məhkəməsində dinləmələr iyunun 26-da başlayıb.
İclaslar 7 hakimdən ibarət heyətlə keçirilib.
Bizim.Media


































































































