Ağdamdakı faciənin acı TƏFƏRRÜATI: Batan şəxs şəhid övladıdır

Hazırda oxunan: Ağdamdakı faciənin acı TƏFƏRRÜATI: Batan şəxs şəhid övladıdır

623286

Ağdamda su anbarında övladları ilə birlikdə batan Şərif İsgəndərov şəhid övladı olub.
 

MÖVZU İLƏ BAĞLI: 

Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarıldı


Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, iyulun 4-də su anbarında baş verən faciə nəticəsində iki övladı ilə birlikdə həyatını itirən Şərif İsgəndərov şəhid Şəmsəddin Cəfər oğlu İsgəndərovun oğludur.

Şəmsəddin İsgəndərov 1990-cı ildə könüllü olaraq həmin dövrdə yaradılmış ilk polis batalyonuna qoşulub. O, Ağdam, Cəbrayıl, Laçın, Kəlbəcər və digər qaynar döyüş bölgələrində ön cəbhədə xidmət edib.

Şəmsəddin İsgəndərovun son döyüşü 1992-ci il martın 8-də Qaraqaya istiqamətində olub. Həmin gün düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin