"Kişinin xəyanətini tutmaq lazım deyil" - Psixoloqun fikirləri müzakirə yaratdı – VİDEO

Hazırda oxunan: "Kişinin xəyanətini tutmaq lazım deyil" - Psixoloqun fikirləri müzakirə yaratdı – VİDEO

623260

Psixoloqun ailə münasibətləri və xəyanətlə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bizim.Media “milli.az”a istinadla xəbər verir ki, mütəxəssisin fikrinə görə, qadınların həyat yoldaşının telefonunu yoxlaması düzgün addım deyil və münasibətlərdə ilk etimadsızlıq da məhz bundan başlayır. Onun sözlərinə görə, xəyanəti sübut etməyə çalışmaq əvəzinə, ailədaxili münasibətlərin səbəblərini analiz etmək daha vacibdir.
 

Psixoloq qeyd edib ki, qadın ilk növbədə həyat yoldaşının evə gəlmək istəməməsinin səbəblərini düşünməli, ailədə sağlam və rahat mühit yaratmağa çalışmalıdır. O, həmçinin cəmiyyətdə formalaşan "xəyanət varsa, mütləq boşanmaq lazımdır" düşüncəsinin hər zaman doğru yanaşma olmadığını vurğulayıb.


Mütəxəssis əlavə edib ki, qadın nə kişini xəyanət etməyə məcbur edə, nə də onu bu addımdan çəkindirə bilər. Onun fikrincə, xəyanət qərarı fərdin şəxsi seçimidir və məsuliyyət də həmin şəxsin üzərinə düşür.

Psixoloqun bu açıqlamaları birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçilərinin bir qismi səsləndirilən fikirlərlə razılaşsa da, digərləri bu yanaşmanı tənqid edərək müxtəlif mövqelər ortaya qoyublar.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin