Ağdamda Xaçın su anbarında batan ata və iki övladının meyitləri dalğıclar tərəfindən sudan çıxarılıb.
MÖVZU İLƏ BAĞLI:
Ağdamda ailə FACİƏSİ: Ata və iki azyaşlı övladı çimərkən batdı
Ağdamda su anbarında batan ata və iki övladının kimliyi MƏLUM OLDU
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılan bir ailənin üç üzvü aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Ağdamda Xaçın su anbarında çimərkən 1985-ci il təvəllüdlü Şərif Şəmşəddin oğlu İsgəndərov, onun 2008-ci il təvəllüdlü oğlu Tunar Şərif oğlu İsgəndərov və 2009-cu il təvəllüdlü qızı Fidan Şərif qızı İsgəndərli boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media


































































































