ABŞ-də kəskin istilər və fırtınalı hava şəraiti fonunda 840 mindən çox təsərrüfatın elektrik təchizatı kəsilib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat "PowerOutage" saytının yaydığı açıqlamada yer alıb.
Nəşrin yazdığına görə, işıqsız qalanların ümumi sayı ən azı 843 min nəfər təşkil edib. İşıqsızlıqdan ən çox zərər çəkən ştatlar bunlardır: Miçiqan (385 min), Nyu-Cersi (179 min), Pensilvaniya (66 min), İllinoys (54 min), Ohayo (46 min), Viskonsin (20 min), Nyu-York (16 min) və İndiana (11 min).
Qeyd edək ki, daha əvvəl verilən məlumata görə, ABŞ-nin mərkəzi və şərq ştatlarını bürüyən anomal isti dalğası ölkənin Müstəqillik Gününə həsr olunmuş kütləvi tədbirlərin keçirilməsinə mane olub.
Yüksək temperatur səbəbindən Vaşinqton və onlarla digər Amerika şəhərinin hakimiyyət orqanları ənənəvi bayram paradlarını, konsertləri və atəşfəşanlıqları ləğv etmək və ya vaxtını dəyişmək məcburiyyətində qalıblar.
Bizim.Media


































































































