70 yaşlı müğəninin görünüşü gülüş doğurdu: “Nənələrimiz də belə geyinirdi” -VİDEO

Hazırda oxunan: 70 yaşlı müğəninin görünüşü gülüş doğurdu: “Nənələrimiz də belə geyinirdi” -VİDEO

623226

Ruhəngiz Allahverdiyeva geyimi ilə bağlı sosial şəbəkələrdə ünvanına yazılan tənqidlərə cavablandırıb.

Bizim.Media  xəbər verir ki, Əməkdar artist "Xəzər axşamı" verilişində qırmızı rəngli, çiyinləri açıq libas və eyni rəngdə uzunboğaz çəkmələrlə efirə çıxıb.

70 yaşlı müğənninin seçdiyi obraz geniş müzakirələrə səbəb olub. 

İstifadəçilərin bir qismi geyimin sənətçinin yaşına uyğun olmadığını bildirərək onu tənqid edib. Şərhlərdə "Bu yaşda belə geyim olmaz", "Yaşına yaraşdırmadım", "Zövqsüz seçimdir" kimi fikirlər səsləndirilib. Veriliş zamanı səslənən iradlara münasibət bildirən Ruhəngiz Allahverdiyeva isə seçiminə haqq qazandırıb.

O bildirib ki, bu tip geyimlər yeni deyil:

"Nənələrimiz də belə geyinirdi. Qalifə şalvar geyinirdilər, üstündən də tumanbağı olurdu".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin